"Oyun gərgin və əsəbi getdi. Sürətin azlığı, tempin olmaması görünürdü. Məncə, biz ilk 15 dəqiqəyə yaxşı başladıq, iki qol vəziyyətdən istifadə etsəydik, oyun tamamilə başqa formada gedəcəkdi. Sadəcə futbolçularımızın kobud səhvindən sonra qol buraxdıq və toparlana bilmədik, əsəbi futbol oynayırdıq. Futbolçularım bacardıqlarını da edə bilmirdilər. Elə futbolçumuz var ki, texniki cəhətdən idealdır, amma o sarıdan da problemi olurdu. Ad çəkmək istəmirəm. Komanda sanki bataqlığa batdı, amma çıxa bilmədi. Fasilədə də istədim ki, oyunçularımın psixoloji durumunu yaxşılaşdırım, sakitləşdirim onları. Ki, ayaqları işləyə bilsin. Bu da alınmadı. İkinci yarıda oyunun tempi hər dəfə düşdükcə, dəqiqələr getdikcə, futbolçularda vahimə yaşanırdı, təşviş var idi. Bu da futbol oynamağımıza imkan vermədi. Bir xal bizim üçün vacibdir. Turnir cədvəli baxımından belədir. "Araz-Naxçıvan"a gələcəkdə uğurlar azrulayıram və oyuna görə onlar təşəkkür edirəm".
Sportal.az xəbər verir ki, bunları "Səbail"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 14-cü turunun "Araz-Naxçıvan"la oyunundan sonra mətbuat konfransında iştirak edib. O, jurnalistlərin suallarını cavablandırıb:
- Nümayiş etdirdiyiniz oyuna görə bir xala çox şükür edirsiz?
- Məni tanıyırsız da. Biz bir xalı qazandıq.
- İlk dövrədə də "Araz-Naxçıvan"a qalib gəlmişdiz. Ancaq elə də yaxşı oynamamışdız. Bu gün də, demək olar ki, yaxşı deyildiz. Səbəb nədir?
- 15 oyunu analiz edəndə, bəlkə də pis oyunumuzun üç dənə olduğu görünür. Bunlar "Qəbələ" ilə səfərdəki, "Araz-Naxçıvan"la evdəki və bu gün oynadığımız oyundur. Bilmirəm, yəqin ki, tempi, sürəti tuta bilməmişik. Dəqiq sizə cavab verə bilməyəcəm. Nə desəm, yalan olar. Amma sizinlə tam razıyam ki, layiqli, yaxşı futbol oynaya bilmədik.
- Aleksandr Ramalinqom haqda fikriniz necədir? "Zirə" ilə matçdan sonra ondan narazılıq etmişdiz. Bu gün də, o qədər aktiv deyildi...
- Bilirsiz, mən heç vaxt səbəb axtarmıram. Səbəb varsa, onun ən böyüyü özüməm. Futbolçularımız zədəlidir. Ağabala Ramazanov, Cabir Əmirli, Süleyman Əhmədovun olmaması, Yusif Nəbiyev zədəli-zədəli, David Qomisin isə ağrıkəsici oyunlara çıxır. Kiçik komandada bu qədər itki böyük məsələdir. Tam formada deyilik. Formada olmamağımızın səbəbi zədəlilərin tam formaya düşməməsidir. Zaman azdır. Ramalinqoma gəlincə, çox keyfiyyətli forvarddır. Ancaq formada deyil. Yəqin ki, bir həftədən sonra daha yaxşı Ramalinqom görəcəyik.
Mirbağırağa
saytlarin hazirlanmasi