Premyer Liqanın XV turu ilk oyun gününün hər iki matçında heç-heçə qeydə alınması ilə əlamətdar olub.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, “Araz-Naxçıvan” – “Səbail” görüşü 1:1, “Turan Tovuz” – “Sumqayıt” qarşılaşması 2:2 hesabı ilə nəticələnib.
XIV turun son günündə də iki heç-heçə qeydə alınmışdı. Həmin gün “Neftçi” – “Araz-Naxçıvan” (1:1) və “Sumqayıt” - “Zirə” (0:0) oyunlarında qalib müəyyənləşməyib.
Bu, ölkə çempionatları tarixində iki günü əhatə edən 9-cu heç-heçə seriyasıdır. Amma əvvəlki 8 belə seriyadan yeddisində oyun sayı daha az olub. Yalnız 14 il əvvəl - 2009-cu dekabrında iki fərqli turu əhatə edən iki gün ərzindəki 4 matçda qalib müəyyənləşməyib. Ayın 6-da üç, 8-də bir matç keçirilib ki, onların hamısı bərabərliklə nəticələnib. XIII turun “İnter” – “Xəzər Lənkəran” və “Qəbələ” – “Qarabağ” oyunları 1:1, həmin gün baş tutan “Muğan” – “Simurq” və XIV turun “Karvan” – “Turan” görüşləri qolsuz bitib.
saytlarin hazirlanmasi