Numan Kurdiç “Araz-Naxçıvan”ın tarixinə Premyer Liqada avtoqol müəllifi olan ilk futbolçu kimi düşüb.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, Muxtar Respublika təmsilçisinin kapitanı Premyer Liqanın XV turunda öz qapısına qol vurub.
O, bu uğursuzluğu “Səbail”lə matçda (1:1) yaşayıb.
Bunadək 44 müxtəlif klubun futbolçuları öz qapısına qol vurmuşdu. “Araz-Naxçıvan” bu siyahıda 45-ci olub. “Neftçi” hamıdan çox – 23, “Şamaxı” 20, “Qarabağ”la “Şüvəlan” hərəsi 18 belə halla üzləşib.
saytlarin hazirlanmasi