Tanınmış idmançı prezidentliyə namizəd olacaq

14:25 - 5 Dekabr 2023

Keçmiş UFC çempionu Konor Makqreqor İrlandiya prezidentliyinə namizədliyini irəli sürəcəyini bildirib.

Sportal.az xəbər verir ki, 35 yaşlı idmançı bu barədə özü məlumat verib. Konor tvitter hesabında fotosunu paylaşaraq "İrlandiya, sizin prezidentiniz" başlığını yazıb.

Qeyd edək ki, Konor Makqreqor iki dəfə UFC çempionluq kəmərinə sahib olub. Onun son döyüşü 2021-ci ilin iyulunda baş tutub.

Xəbər xətti