"Milan"ın hücumçusu Olivye Jiru millidə karyerası ilə bağlı qərar verib.
Sportal.az “Telefoot”a istinadən xəbər verir ki, təcrübəli hücumçu AVRO-2024-dən sonra millidəki karyerasını başa vuracaq.
O, bununla bağlı Fransa mətbuatına da açıqlama verib:
“Bu mənim son turnirim ola bilər, amma bundan sonra necə olacağını sizə deyə bilmərəm”. Jiru 2011-ci ildən Fransa millisində oynayır. O, 128 matça 56 qol vurub.
saytlarin hazirlanmasi