İtaliya A seriyasında noyabrın ən yaxşı baş məşqçisinin adı açıqlanıb.
Sportal.az xəbər verir ki, "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri hamını qabaqlayıb.
Turinlilər ötən ay “Fiorentina”nı (1:0), “Kalyari”ni (2:1) məğlubiyyətə uğradıb, “İnter”lə heç-heçə edib (1:1). Mükafatın taleyini idman mediasının rəhbərləri həll edirdilər, onlar hər bir məşqçini texniki və idman meyarlarına, komandalarının performansına görə qiymətləndirirlər.
Mükafat Alleqriyə dekabrın 8-də, "Napoli" ilə oyundan əvvəl təqdim ediləcək.
saytlarin hazirlanmasi