"Yuventus"un sabiq futbolçusu Çexiyada

13:34 - 6 Dekabr 2023

"Yuventus"un sabiq yarımmüdafiəçisi Mohammad İhattaren "Slaviya"ya keçib.

Sportal.az xəbər verir ki, Çexiya klubu adıçəkilən futbolçu ilə rəsmi müqavilə imzalayıb.

Bu barədə Praqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Futbolçu bir mövsümlük müqaviləyə qol çəkib.

Amma özünü sübut edəcəyi təqdirdə, onun müqaviləsi 3 illik uzadılacaq. 21 yaşlı yarımmüdafiəçi PSV-nin yetirməsidir və o, “Yuventus”, “Sampdoriya”, “Ayaks” komandalarında çıxış edib.
 

Xəbər xətti