Karyerasını Taylandda davam etdirən Məmməd Quliyev başqa komandada oynayacaq.
Sportal.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi son olaraq formasını geyindiyi “Uttaradit-Saksiam”dan ayrılıb. O, bu komanda ilə başa çatan müqaviləsini artırmayıb.
Yaxın günlərdə futbolçunun yeni komandasının adına da aydınlıq gələcək.
28 yaşlı futbolçu “Rəvan”, “Keşlə”, “Şüvəlan”, “Kamfaenqfet”, “Kasem Bandit”, “”Tonburi” klublarında çıxış edib.
saytlarin hazirlanmasi