"Everton" "Lion"un futbolçusu Cek O'Brayeni transfer etməyə hazırlaşır.
Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, Premyer Liqa klubu müdafiəçini yanvarda heyətinə qatmağı planlaşdırır.
Cek Liqa 1-də 7 matçda iştirak edib və 3 qol vurub. 22 yaşlı irlandiyalı mərkəz müdafiəçisi “Kork Siti”, “Kristal Pelas”, “Svindon Toun”, “Molenbek”də oynadıqdan sonra 2023-cü ildə Fransa klubu ilə anlaşıb.
Onun adıçəkilən klubla müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.