İspaniya millisinin üzvü "Bavariya"ya keçir

11:17 - 6 Dekabr 2023

“Bavariya” “Qranada”dan futbolçu transfer edə bilər.

Sportal.az “El Chiringuito”ya istinadən xəbər verir ki, Münhen təmsilçisi adıçəkilən klubun vingeri Brayan Saraqosa ilə maraqlanır.

İddialara görə, Almaniya çempionu vurduğu 5 qolla bu mövsüm komandasının bombardiri olan 22 yaşlı yarımmüdafiəçi üçün 15 milyon avro ödəməyə hazırdır. “Bavariya”nın isə futbolçu ilə 4 illik müqavilə imzalayacağı gözlənilir. 2023-cü ildə İspaniya millisində debüt edən Saraqosa “Qranada”nın yetirməsidir və “El Exido”da icarə əsasında oynayıb.

Xəbər xətti