Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, iclasında aşağıdakı qərarlar qəbul edilib:
28.11.2023-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Araz Saatlı” – “İrəvan” matçının oyunöncəsi iclasında “İrəvan” klubunun nümayəndəsi iştirak etmədiyinə görə “İrəvan” klubu 80 manat cərimə edilir (maddə 73.1);
28.11.2023-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Araz Saatlı” – “İrəvan” oyununda PFL Əsasnaməsinin tələbi pozulduğuna görə “Araz Saatlı” klubu 50 manat cərimə edilir (maddə 70.1);
29.11.2023-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Kəpəz” – “Baku Sportinq” oyunun hər iki hissəsi “Baku Sportinq” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığına görə “Baku Sportinq” klubu 150 manat cərimə edilir (maddə 60.4);
29.11.2023-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Kür-Araz” – “Araz-Naxçıvan” oyununda “Kür-Araz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Kür-Araz” klubu 70 manat cərimə edilir (maddə 37);
29.11.2023-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Lerik” – “Sumqayıt” oyununun 23-cü dəqiqəsində “Lerik” klubunun 20 nömrəli futbolçusu Rahid Ağazadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı və hadisə nəticəsində “Sumqayıt” klubunun 18 nömrəli futbolçusu Kristian Velinovski əmək qabiliyyətini bir neçə aylıq itirdiyi üçün, PFL Əsasnaməsinin müstəsna hallarda İntizam Komitəsinin qərarının bütün turnirlərə aid olmasını nəzərdə tutan 19-cu maddəsinin 8-ci bəndinə əsaslanaraq Rahid Ağazadə bütün turnirlər daxil olmaqla 6 oyun cəzalanır, “Lerik” klubu 300 manat cərimə edilir (maddə 40.3, 1);
30.11.2023-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “İmişli” – “Mingəçevir” oyununun 87-ci dəqiqəsində “İmişli” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “İmişli” klubu 150 manat cərimə edilir (maddə 52.2);
30.11.2023-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Zaqatala” – “Şamaxı” oyunu bitdikdən sonra “Zaqatala” klubunun 7 nömrəli futbolçusu Bəhruz Teymurov təcavüzkar davranışa (rəqibi vurmağa cəhd etdiyinə) görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Zaqatala” klubu 200 manat cərimə edilir (maddə 40.2);
Misli Premyer Liqası XV tur
02.12.2023-cü il tarixində Misli Premyer Liqasının XV turunun “Turan Tovuz” – “Sumqayıt” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” klubu 700 manat cərimə edilir (maddə 37);
03.12.2023-cü il tarixində Misli Premyer Liqasının XV turunun “Kəpəz” – “Sabah” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);
04.12.2023-cü il tarixində Misli Premyer Liqasının XV turunun “Qarabağ” – “Qəbələ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Qarabağ” klubu 800 manat cərimə edilir (maddə 51.2);
saytlarin hazirlanmasi