"Qremio"dan ayrılan Luis Suaresin yeni komandasının adına aydınlıq gəlib.
Sportal.az ABŞ mətbuatına istinadən xəbər verir ki, uruqvaylı forvard "İnter Mayami" ilə anlaşıb.
36 yaşlı hücumçunun yaxın vaxtlarda MLS klubu ilə rəsmi müqavilə imzalayacağı gözlənilir. Bu transferin reallaşmasında Lionel Messinin önəmli rol oynadığı bildirilir.
Qeyd edək ki, adıçəkilən klubda Suaresin "Barselona"da birlikdə oynadığı Lionel Messi, Serxio Buskets və Xordi Alba forma geyinir.
saytlarin hazirlanmasi