Avropa Liqasının H qrupunda yer alan “Qarabağ”ın rəqibi “Hekken” yoldaşlıq oyunu keçirib.
Sportal.az xəbər verir ki, “arılar” Finlandiyada yerli “Helsinki” ilə qarşılaşıb.
Matç qonaqların məğlubiyyəti ilə yekunlaşıb - 3:4.
Xatırladaq ki, bir həftə sonra “Qarabağ” qrupun son turunda Bakıda İsveç təmsilçisini qəbul edəcək. Tofiq Bəhramov adına stadionda keçiriləcək oyuna saat 21:45-də start veriləcək.
saytlarin hazirlanmasi