Bu il Azərbaycan milli komandasının yeni baş məşqçisinin adı müəyyənləşməyəcək.
Sportal.az saytına verilən məlumata görə, AFFA milli komandaya baş məşqçi seçimində tələsməyəcək.
Millinin yeni çalışdırıcısının axtarılması istiqamətində işlər sürətlə gedir. Baş məşqçi tapılsa belə, AFFA İcraiyyə Komitəsinin növbəti iclasından əvvəl açıqlanmayacaq.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin təşəbbüsü ilə yaradılmalı olan işçi qrupunun olmamasına baxmayaraq, namizədlərin axtarışı davam edir.
saytlarin hazirlanmasi