"Yuventus" və Fransa millisinin yarımmüdafiəçi Pol Poqba 4 il müddətinə diskvalifikasiya oluna bilər.
Sportal.az “The Mirror”a istinadən xəbər verir ki, antidopinq prokurorluğu bununla bağlı israr edir.
Avqustun 20-də yarımmüdafiəçi testosteron üçün müsbət dopinq testindən keçib və təkrar test bunu təsdiqləyib.
Fransız futbolçu müvəqqəti olaraq futboldan uzaqlaşdırılıb. Poqbanın "Yuventus"la müqaviləsi 2026-cı ilə qədərdir.