“İnter”in hücumçusu Lautaro Martinez Milan klubu ilə müqavilə müddətini artırması ilə bağlı hazırkı vəziyyətdən danışıb.
Sportal.az “Mediaset”a istinadən verir ki, “nerazzura” rəhbərliyi əməkdaşlığın davam etdirilməsi ilə bağlı heç bir problemin yaranmadığını bəyan etmişdilər. Argentinalı məsələ haqda bunları deyib:
"Günü sabah yeni müqavilə imzalayardım! “İnter”də xoşbəxtəm, özümü əla hiss edirəm. Yeni uzunmüddətli müqavilə imzalamaq üçün tez bir zamanda qələm götürmək istəyirəm".
Bu mövsüm argentinalı forvard “nerazzura”nın heyətində bütün turnirlərdə 19 oyun keçirib və 15 qol vurub, iki məhsuldar ötürmə edib. Futbolçunun Milan klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir.
saytlarin hazirlanmasi