Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun hücumçusu Aleksandr Mitroviç 2023-cü ildə Serbiyanın ən yaxşı futbolçusu seçilib.
Sportal.az xəbər verir ki, bu mövsüm Səudiyyə Ərəbistanı klubunun heyətində bütün yarışlarda 21 matçda iştirak edən Mitroviç 20 qol vurub və 4 məhsuldar ötürmə edib. O, 2022/2023 mövsümünün ilk yarısını isə “Fulhem”də keçirib və bütün yarışlarda 28 oyuna çıxıb, 15 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, 28 yaşlı Mitroviç ötən yay “transfer pəncərəsi”ndə “Əl-Hilal”a keçmişdi. Serbiyalı forvard 2026-cı ilin iyununa qədər müqavilə imzalayıb. Ərəblər futbolçu üçün təxminən 50 milyon avro ödəyib.