"Sevilya"nın keçmiş prezidenti və hazırkı səhmdarı Xose Mariya del Nido Benavente klubun hazırkı rəhbərlərindən biri, oğlu Xose Mariya del Nido Karraskonu savadsız idarəetmə qərarlarına görə tənqid edib.
Sportal.az xəbər verir ki, “sport.es”ə danışan eks prezidenti oğlu barədə bunları deyib:
"Oğlumun klubda etdiyi yeganə iş öz maaşını artırmaqdır. O, istədiyini edir. Onun cəmi 161 payı var, məndə isə 27 mindir, amma istədiyini edən odur. Məşhur bir deyim var: “Valideynlər, uşaqlar, qardaşlar və bacılar arasında heç bir işgüzar münasibət ola bilməz”. Bu vəziyyətdən ən çox əziyyət çəkən mənəm. Bu, kədərli tamaşadır, mənim irsimə ədalətsiz yanaşılır”.
Xatırladaq ki, Xose Maria del Nido Benavente 2002-2013-cü illərdə "Sevilya"nın prezidenti olub. Onun hakimiyyəti dövründə Əndəlus klubu iki dəfə UEFA kubokunun qalibi (2005/2006 mövsümü, 2006/2007 mövsümü), Avropa Superkubokunun qalibi (2006/2007 mövsümü), iki dəfə İspaniya kubokunun qalibi olub(2006/2007 mövsümü, 2009 mövsümü) 2009/2010), həmçinin bir dəfə İspaniya Superkubokunu qazanıb (2007/2008 mövsümü).
La Liqanın 14 turundan sonra aktivində 13 xalı olan "Sevilya" çempionatda 15-ci yerdədir. Dekabrın əvvəlində İspaniya klubunun azarkeşləri rəhbərliyinin istefası tələbi ilə etiraz aksiyası keçiriblər.
saytlarin hazirlanmasi