İsveç “Hekken” klubunun müdafiəçisi Kadir Hodziç Avropa Liqasının H qrupunun son turunda “Qarabağ”a qarşı Bakıda keçiriləcək oyun haqda danışıb.
Sportal.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən təcrübəli futbolçu matçdan gözləntilərini bildirib:
“Avropa Liqasında xalsız qalmaq istəmirik. Ona görə də "Qarabağ"la oyundan öncə "Helsinki" ilə yoldaşlıq görüşünün (3:4) köməyi ilə yenidən güc toplamaq vacib idi".
“Qarabağ" - "Hekken" matçı dekabrın 14-də Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 21:45-də başlayacaq.