Rusiyanın “Alaniya” klubu baş məşqçi axtarışına çıxıb.
Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Vladiqafqaz təmsilçisi “Sabah”ın çalışdırıcısı Murad Musayevlə maraqlanır. Hazırda birinci divizionun iddialılarından olan klub Masazır təmsilçisinin baş məşqçisini bu posta gətirməyi planlaşdırır. Amma danışıqların baş tutub-tutmaması haqda heç bir məlumat yoxdur.
Onların digər namizədi isə “Akron”un keçmiş baş məşqçisi Yevgeni Kaleşindir.
Son olaraq, Vladiqafqaz komandasına Oleq Vasilenko başçılıq edirdi. Komanda birinci liqada 6-cı pillədədir.
saytlarin hazirlanmasi