Azərbaycan millisinin üzvü, "Eyndhoven"in futbolçusu Ozancan Kökçü Niderland birinci divizionunun 17-ci turunun "Emmen" üzərində qazanılan qələbəni (3:2) şərh edib.
Sportal.az xəbər verir ki, "Eindhovens Dagblad"a açıqlama verən yığma komandamızın futbolçusu həmin görüşdə dubl etməsi haqda danışıb:
"Hesab 0:1 olanda qol vurdum və dərhal cümə axşamı məşqdə nələri müzakirə etdiyimizi düşündüm. Gənclər komandasının baş məşqçisi Paskal Maas matçdan əvvəl mənə bildirdi ki: "sən axı söz vermişdin, elə deyil?". Bəli, iki qol vuracağıma söz vermişdim. Sözümü tutmağım alındı, bu da xoşdur. Matçın qəhrəmanı? İstər əsas heyətdə olanlar, istərsə də ehtiyatda olanlarla birlikdə iş görürük. Biz çox çalışırıq".