MLS Liqasının pley-off mərhələsinin ən dəyərli oyunçusunun adına aydınlıq gəlib.
Sportal.az "Спорт-Экспресс"ə istinadən xəbər verir ki, "Kolambus Kryu"nun hücumçusu Kuço Hernandes ən yaxşı futbolçu seçilib.
24 yaşlı kolumbiyalı pley-offda 6 oyun keçirib, 5 qol vurub və iki məhsuldar ötürmə edib.
Kolumbiya millisinin üzvü “Deportivo Pereyra”, “Qranada”, “Amerika de Kali”, “Uotford”, “Hueska”, “Malyorka”, “Xetafe”də oynadıqdan sonra 2022-ci ildə “Kolambus Kryu”ya keçib.
saytlarin hazirlanmasi