Türkiyənin 1-ci liqasında 15-ci turun matçları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor" "Bodrumspor"un qonağı olub.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Həsənalızadə meydana start heyətində çıxıb və sona qədər oynayıb. 

"Tuzlaspor" 13 xalla 16-cı pillədədir.