İsveç millisinin sabiq hücumçusu Zlatan İbrahimoviçin "Milan"a qayıdacağı xəbərləri yayılıb.
Sportal.az xəbər verir ki, veteran futbolçunun İtaliya klubunun rəhbərliyində və ya məşqçilər korpusunda yer alıb-almayacağı hələ ki, bəlli deyil.
İsveçli özü “pianetamilan.it” portalına açıqlamasında qısaca olaraq bunları deyib:
"Bilmirəm, gözləyək və bir müddət sonra hər şeyi görək. Danışıqlar davam edir".
Qeyd edək ki, İbrahimoviç futbolçu kimi 2010-2012-ci və 2020-2023-cü illərdə "Milan"da oynayıb.
saytlarin hazirlanmasi