"Yuventus" qış "transfer pəncərəsi"ndə "Şaxtyor"un yarımmüdafiəçisi Georgiy Sudakovu heyətinə qatmağa çalışacaq.
Sportal.az "TuttoJuve"yə istinadən xəbər verir ki, Donetsk klubu 25 milyon avrodan çox pul tələb etməsə, 21 yaşlı ukraynalının Turin klubuna keçidi reallaşacaq.
Amma "qoca sinyora" futbolçunu icarəyə götürməyi də nəzərdən keçirir.
Bu mövsüm futbolçu "Şaxtyor"un heyətində bütün turnirlərdə 17 oyun keçirib. Onun üç qol və bir məhsuldar ötürməsi var. Bundan əvvəl futbolçunu "Arsenal”, “Benfika”, “Brayton" və "Çelsi"nin skautlarının izlədiyi bildirilirdi. Sudakovun özünün isə "Yuventus"a keçmək istəyindədir.