"Çox yaxşı oyun oldu. Dominant tərəf idik. Gözəl qollar vurduq. Düzdür, iki qolumuz sayılmadı. Buna da baxmaq lazımdır. Ki, nəyə görə saymadılar. Futbolçuları göstərdikləri oyuna görə təbrik etdik. Belə davam etməliyik.
Sportal.az xəbər verir ki, bu sözləri "Sabah"ın məşqçisi Artur Olenin deyib.
Rusiyalı məşqçi jurnalistlərin suallarını cavablandırıb:
- Hər dəfə belə oyunlardan sonra "Sabah"ın geridönüş etdiyini düşünürük, amma sonrakı matçda xal itirirsiz. Demək olar ki, "Sabah" geri qayıtdı?
- Doğrudur. Çalışırıq ki, vəziyyəti düzəldək. Amma bəzən alınmır. Çünki rəqiblər də qalib gəlmək istəyir. Düşünürük ki, vəziyyəti düzəldəyəcəyik.
Mirbağırağa
saytlarin hazirlanmasi