“Leyptsiq” və Almaniya millisinin hücumçusu Timo Verner İtaliyaya yollana bilər.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, forvard "Yuventus"a və ya "Milan"a keçə bilər.
Amma söhbət mümkün icarədən gedir. Turinlilər və milanlılar tam transferdə maraqlı deyillər.
Bu mövsüm Bundesliqa Verner 8 matçda 2 qol vurub.
27 yaşlı futbolçunun Almaniya klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq.
saytlarin hazirlanmasi