"Sabah"ın baş məşqçi əvəzi Nikola Bozinovski "Şəki" üzərində qələbədən sonra danışıb.
Sportal.az xəbər verir ki, ölkə çempionunun şimali makedoniyalı məşqçisi komandasının qalibiyyəti haqda fikirlərini bildirib:
"Oyuna pis başladıq. Rəqib müdafiəmizdəki səhvlərdən istifadə edərək bizi cəzalandırdı. Lakin vəziyyəti düzgün təhlil edib geridönüş etməyi bacardıq. Müdafiədə daha yaxşı təsir bağışlamağa başladıq və sona kimi oyunun gedişatına nəzarət etdik".
saytlarin hazirlanmasi