Tailandın "Buriram Yunayted" klubunda çıxış edən Ramil Şeydayevə ağır cəza verilib.
Sportal.az xəbər verir ki, Asiya Futbol Konfederasiyası millimizin hücumçusu ilə bağlı qərarını açıqlayıb. 27 yaşlı forard 8 oyunluq cəzalandırılıb.
Ramilin cəzalanmasının səbəbi Asiya Çempionlar Liqası qrup mərhələsinin Çinin "Zhejiang" klubu matçında baş verənlər olub. Azərbaycanlı futbolçu davada iştirak etdiyi üçün sərt cəzaya məruz qalıb.
Şeydayevin komanda yoldaşları Leon Xames və Şitipat Tanklanq isə 6 oyunluq diskvalifikasiya olunub.
saytlarin hazirlanmasi