Azərbaycan milli komandasının forvardı Mahir Emreli qışdan sonra özünü başqa komandada sınamaqda israrlıdır.
Sportal.az saytına verilən məlumata görə, hücumçu “Dinamo”da istədiyi qədər oyun şansı qazanmadığından Zaqreb klubunda qalmaq istəmir.
Amma forvardın qışdan sonra hansı komandaya icarəyə yollanacağına qərar verməyib. Emreliyə Avropanın bir çox klublarından təkliflər gəlib. Onlar arasında Rusiya, Türkiyə, Belçika və İtaliya B təmsilçisi də var. Maraqlıdır ki, Emrelini Səudiyyə Ərəbistanı Liqasında yarışan komanda da icarəyə götürməyi planlaşdırır. Qış fasiləsində azərbaycanlı futbolçunun karyerasına harada davam etdirəcəyi dəqiqləşdirəcək.
26 yaşlı hücumçu 2022-ci il fevralın 2-də "Dinamo"ya keçib. Onun Zaqreb təmsilçisi ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.