“Bavariya”nın hücumçusu Serj Qnabri sıradan çıxıb.
Sportal.az “Bild”ə istinadən xəbər verir ki, almaniyalı sol damar vətərindəki zədə səbəbindən 2-3 ay oynamayacaq.
Qnabri “Ayntraxt”la (1:5) görüşdə 66-cı dəqiqədə Kinqsli Komanın əvəzinə ehtiyatdan meydana daxil olub və 68-ci dəqiqədə toqquşmadan sonra meydanı tərk etmək məcburiyyətində qalıb.
28 yaşlı futbolçunun "Bavariya" ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi