Azərbaycan milli komandasının sabiq üzvü Elhad Naziri Sportal.az saytına açıqlama verib.
"Petrolul", "Milsami" kimi komandalarda oynamış veteran futbolçu millimizə baş məşqçi postuna kimin gətirilməsinin daha uyğun olduğundan danışıb:
"Milli komandamıza əcnəbi məşqçinin gəlməsinin bizə heç bir problemi yoxdur. Amma bu artıq problemə çevrilib. Çünki bir neçə illərdir ki, millinin baş məşqçisi əcnəbi olur. Gələn xarici məşqçilərin yığdıqları xallar və milliyə yeritdikləri futbol o qədər də fantastik deyil. Üstəlik, əcnəbilər milliyə fantastik xallar qazandırmırlar ki, yerli məşqçilərimizdən üz döndərək. Mən Azərbaycan millisində yerli məşqçilərin işləməsini istəyirəm. Ən önəmlisi də, yerli məşqçilərə də əcnəbi mütəxəssislərə yaradılan şərait yaradılmalı, eyni güvənin verilməlidir.
Məncə, artıq millimizdə azərbaycanlı məşqçilərin işləməsinin vaxtıdır. Çünki bu 7-9 xalları azərbaycanlı məşqçilər də bu futbolçularla qazanar. AFFA-nın verəcəyi qərardır. Nə qərarı versələr, əsas odur xeyirlisi olsun, futbolumuz qazansın, milli komandamız daim yuxarılarda yer alsın. Millimiz nə qədər yaxşı futbol oynasa, futbolumuz bir o qədər Avropada tanıdacaq".
Mirbağırağa
saytlarin hazirlanmasi