"Qarabağ"ın legioneri "Hekken"ə qarşı oynaya biləcək?

17:17 - 11 Dekabr 2023

“Qarabağ”ın futbolçusu Marko Veşoviçin durumuna aydınlıq gəlib.

Sportal.az saytına verilən məlumata görə, monteneqrolu futbolçu Avropa Liqasının “Hekken”lə görüşündə iştirak edə biləcək.

Azərbaycan Premyer Liqasının 16-cı turunun “Sumqayıt”la (1:6) görüşünü ayağındakı ağrılara görə matçın 41-ci dəqiqəsində meydanı erkən tərk edən Marko həkim müayinəsindən keçib.

Vəziyyəti normal olduğu üçün bu gün kollektivlə birlikdə məşqə çıxan müdafiəçinin "Hekken"lə matça qədər tam hazır olacağı ehtimal edilir. 

Qeyd edək ki, “Qarabağ” – “Hekken” matçı dekabrın 14-də Tofiq Bəhramov stadionunda keçiriləcək və oyuna 21:45-də start veriləcək.

Xəbər xətti