“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro zədəsini sağaldıb.
Sportal.az “The Sun”a istinadən xəbər verir ki, braziliyalı Çempionlar Liqası çərçivəsində “Bavariya”ya qarşı keçirəcəkləri oyun ərəfəsində kollektivlə məşqləri bərpa edib.
Kazemiro oktyabrda Braziliya millisində çıxış edərkən zədələnmişdi.
Yarımmüdafiəçinin “Bavariya”ya qarşı matçda meydana çıxmaq ehtimalının yüksək olduğu bildirilir.
saytlarin hazirlanmasi