Belçika millisinin üzvü İngiltərə klubuna keçir

20:18 - 11 Dekabr 2023

“Tottenhem” PSV və Niderland millisinin cinah oyunçusu Joan Bakayokonu heyətinə qata bilər.

Sportal.az "Football Insider"ə istinadən xəbər verir ki, ingilislər 20 yaşlı futbolçunun transferi uğrunda Premyer Liqanın digər komandası “Brentford”la rəqabət aparacaq.

Eyni zamanda, “Tottenhem” sərfəli qiymətə müqavilə bağlamaq istəyir. PSV isə yalnız cəlbedici məbləğ qarşılığında komandanın liderlərindən biri ilə yollarını ayırmağa hazır olacaq.

Bu mövsüm Bakayoko PSV-nin heyətində bütün yarışlarda 24 oyun keçirib, 4 qol vurub və 13 məhsuldar ötürmə edib.

Futbolçunun Eyndhoven klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. Belçika millisinin üzvü 2022-ci ildən PSV-nin əsas komandasında oynayır.

Xəbər xətti