"Hatayspor"un baş məşqçisi Gökhan Kağıtçıoğlu Türkiyə Superliqasının 15-ci turunun "Başakşəhər"lə oyununda (0:1) komandanın azərbaycanlı hücumçusu Renat Dadaşovun penaltidən uğurlu istifadə edə bilməməsinə münasibət bildirib.
Sportal.az xəbər verir ki, “Yeşil Afşin Gazetesi”nə açıqlama verən klub rəsmisi Dadaşov haqda bunları deyib:
“Renat Dadaşov bizim daimi penalti vuran oyunçumuzdur. Bu vaxta qədər o, bütün penalti zərbələrini qola çevirmişdi. O, çox güvəndiyimiz futbolçudur. Amma futbolda belə hadisələr olur. Düşünürəm ki, son dəqiqələrdəki yorğunluq və təzyiq öz rolunu oynadı”. "Hatayspor" 15 turdan sonra 18 xalla 10-cu pillədədir.
saytlarin hazirlanmasi