Azərbaycan II Liqasında 14-cü tura start verilib.
Sportal.az xəbər verir ki, “Kürmük Qax” evdə “Şahdağ Qusar”la üz-üzə gəlib.
Matç Qusar təmsilçisinin qələbəsi ilə yekunlaşıb. "Bakı" və "Xəzər Lənkəran"da oynamış Tural Qürbətov bu görüşdə penta-trik edib. O, hazırda 21 qolla liqanın bombardirdir.
“Kürmük Qax” – “Şahdağ Qusar” 1:6
Qollar: Vüqar Məmmədli (p) 66 – Salman Atluxanov 10, Tural Qürbətov 51(p), 53, 57, 73, 90+1
“Şahdağ Qusar” 30 xalla ikinci pillədə, “Kürmüx Qax” isə 7 xalla 12-ci pillədədir.