Tural Bayramlının "Səbail"ə qarşı kompensasiya tələbinin qərarı təxirə salındı

21:34 - 11 Dekabr 2023

Apellyasiya Arbitraj Tribunalının yeni qərarı açıqlanıb. 

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, aşağıdakı qərarları belə olub:

"İddiaçı Tural Bayramlının cavabdeh “Səbail” Peşəkar Futbol Klubuna qarşı “kompensasiya” tələbinə dair” iş üzrə Oyunçuların Statusu və Transferi Komitəsi tərəfindən qəbul edilən 12 oktyabr 2023-cü il tarixli qərarından iddiaçının nümayəndəsi Elcan Həsənli tərəfindən verilən apellyasiya şikayətinə baxış iclası hər iki tərəfin iştirakı təmin edilməklə keçirilmişdir. Tərəflərin bildirdiyi yeni hallara dair əlavə araşdırmanın aparılması zərurəti yarandığına görə yekun qərarın elan edilməsi təxirə salınmışdır".

1. “Dirçəliş” klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.
2. 03.12.2023-cü il tarixdə AFFA Region Liqası çərçivəsində keçirilən “Lokomotiv” – “Dirçəliş” oyununun 86-cı dəqiqəsində “Dirçəliş” klubunun 9 nömrəli futbolçusu Məmmədov Məmməd rəqib komandanın oyunçusunu təhqir etdiyinə görə 3 oyun cəzalanması (maddə 43.1) barədə İntizam Komitəsinin 06 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilsin.
3. Futbolçu Məmmədov Məmmədə təyin olunan cəzanın bir hissəsi icra edilərək sonuncunun müvafiq liqada 1 oyun buraxması, digər 2 oyunluq cəzasının isə ödənilməmiş qalması nəzərə alınaraq, İntizam Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən ödənilməmiş cəzanın 1 oyunu qüvvədə qalsın, digər 1 oyun isə şərti tətbiq edilsin.
4. Bir oyunluq şərti cəzanın tətbiqi üçün 3 ay sınaq müddəti təyin edilsin. Sınaq müddətinin başlanğıcı ilkin cəzanın çəkildiyi 10 dekabr 2023-cü il tarixdən etibarən müəyyən edilsin.
5. İntizam Komitəsinin qərarı qalan hissədə qüvvədə saxlanılsın.
6. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. 
7. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin
8. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəf(lər)ə göndərilsin.
 

Xəbər xətti