Hakimə yumruq atan klub prezidenti saxlanıldı

11:17 - 12 Dekabr 2023

Dünən Superliqanın 15-ci turunun "Ankaragücü" - "Rizespor" matçından sonra FİFA referisi Halil Umut Melerə yumruq atan paytaxt klubunun prezidenti Faruk Koca polis tərəfindən saxlanılıb.

Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, klub rəhbəri ötən gecə etdiyi hərəkətdən sonra özünü pis hiss etmiş və xəstəxanaya çatdırılmışdı.

Xəstəxanadan buraxıldıqdan sonra isə klub rəhbəri və Halil Umut Melerə yerdə olarkən təpik vuranlar da polisə aparılıb. 

Xəbər xətti