İngiltərə millisinin veteran futbolçusu Qari Lineker VAR sistemindən şikayətlənib.
Sportal.az xəbər verir ki, “The Sun”a açıqlama verən ingilis VAR-ın futbola marağı azaltdığını deyib:
“Niyə müdafiəçilərə təsadüfən əllə oynamağa icazə verilir, amma hücumçulara yox? Qolları niyə ləğv edirlər? Qaydaları yaradan insanlar bunu qəribə şəkildə edirlər. VAR sistemini sevmirəm, futbolu məhv edir".
63 yaşlı sabiq futbolçu “Lester”, “Everton”, “Barselona”, “Tottenhem”, “Naqoya Qrampus” klubları ilə yanaşı, 1984-1992-ci illərdə İngiltərə millisində oynayıb.
saytlarin hazirlanmasi