Xorvatiya mətbuatı: "Mahir Emreli Yakiroviçin planlarından xeyli kənarda qaldı" - FOTO

12:49 - 12 Dekabr 2023

Xorvatiya mətbuatında yerli azarkeşlərin “Dinamo”nun transfer siyasətindən narazılıq edildiyini qeyd edib.

Sportal.az xəbər verir ki, “index.hr” portalı Zaqreb klubunun azərbaycanlı hücumçusu Mahir Emreli ilə “Riyeka”nın cinah oyunçusu Marko Paşaliçin statistikasını müqayisə ediblər:

"Mahir əsas komandanın mühüm oyunçusu kimi Sergey Yakiroviçin planlarından xeyli dərəcədə kənarda qaldı. O, avrokuboklarda və çempionatda son doqquz oyuna ehtiyat oyunçular skamyasından başlayıb, üçündə isə oyuna çıxmayıb. Emreli son qolunu “Varazdin”ə vuraraq “mavi-qaralar”ı məğlubiyyətdən xilas edib. Eyni zamanda, “Dinamo”nun azarkeşləri kluba məsul şəxslərə səslənərək, komandanı dərhal gücləndirəcək oyunçuları cəlb edə bilməmələrini söyləyiblər. Ən parlaq nümunələrdən biri “Riyeka”nın ən yaxşı oyunçusu Marko Pasaliçdir. O, tez bir zamanda “Riyeka” azarkeşlərinin ürəyini fəth edib və tezliklə Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliçdən dəvət alıb.

Bununla belə, yuxarıda adları çəkilən oyunçuların ən mühüm hücum statistikalarının müqayisəsinə baxdıqda, onların nə qədər fərqli olduğunu dərhal görünür. Əhəmiyyətli dərəcədə az dəqiqə almasına baxmayaraq, Emreli birbaşa olaraq daha çox qol şanslarında iştirak edir və orta hesabla daha effektiv oyunçudur. Bu statistikaya baxanda, yəqin heç kim deməyəcək ki, onlardan biri az əvvəl milli komandaya dəvət edilən cinah oyunçusu, digəri isə azarkeşlərin tezliklə klubdan uzaqlaşdırılmasını istədiyi böyük məyusluqdur".

Mirbağırağa
 

Xəbər xətti