Nikaraqua millisinin üzvü Azərbaycanda oynaya bilər

13:17 - 12 Dekabr 2023

Nikaraqua milli komandasının və yerli “Real Esteli”nin cinah oyunçusu Vidman Talavera karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportal.az “LP”yə istinadən xəbər verir ki, 20 yaşlı hücumçu bu qış klublarımızdan birinə keçmək imkanına sahibdir.

Talavera Nikaraquada ən perspektivli futbolçulardan hesab olunur.

Klub onu saxlamaq istəsə də, amma futbolçunun özü isə karyerasını ölkə xaricində davam etdirmək niyyətindədir.

Xəbər xətti