Rəcəb Tayyib Ərdoğandan hakimin döyülməsinə sərt reaksiya - VİDEO

13:34 - 12 Dekabr 2023

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada futbol üzrə ölkə çempionatının oyunundan sonra meydanda hakimin döyülməsi hadisəsini kəskin şəkildə pisləyib.

Sportal.az verir ki, bu barədə Türkiyə liderinin bəyanatında yer alıb.

"Ankaragücü"- "Rizespor" matçından sonra baş hakim Halil Ümid Melərə edilən hücumu pisləyirəm və ona tezliklə sağalmasını arzulayıram. İdman sülh və qardaşlıq deməkdir. Zorakılıqla bir araya sığmır. Türkiyə idmanında şiddətə dözməyəcəyik”, - bəyanatda vurğulanıb.

Qeyd edək ki, Türkiyənin “Ankaragücü” futbol klubunun prezidenti Faruk Koca ölkə çempionatında “Rizəspor”la oyundan sonra meydana qaçaraq hakim Ümid Melerin sifətinə zərbələr endirib.

Daha sonra Ankara Prokurorluğu “Ankaragücü”nün prezidenti Faruk Kocanın həbsinə order verib. Hadisə Türkiyə Futbol Federasiyasının da araşdırmasına səbəb olub. Türkiyənin aparıcı klubları “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”, “Trabzonspor” və digərləri baş verən vəziyyəti pisləyib.

(buta.ws)

Xəbər xətti