Mövsümün ikinci yarısının hazırlığını davam etdirən "Zirə" hazırlıq matçında "Araz-Naxçıvan"la üz-üzə gəlib.
Sportal.az xəbər verir ki, qarşılaşma qəsəbə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib:
“Hər iki komanda üçün ilk oyun idi. Buna baxmayaraq, sürətli, keyfiyyətli oyunun şahidi olduq. Qarşılaşma onu göstərdi ki, irəlidə bizi maraqlı mübarizə gözləyir. Hər iki komandanən futbolçuları istəkli idi və qələbə qazanmaq üçün hər şeyi edirdilər. Sanki komandalar heç fasiləyə yollanmayıb. Futbolçular böyük motivasiya ilə çıxış etdilər. Bu həm sevindirir, həm də mövsümün qalan hissəsinin necə gərgin və maraqlı keçəcəyini göstərir”.
saytlarin hazirlanmasi