"Mançester Siti"nin futbolçusu klubunu dəyişir

14:18 - 17 Yanvar 2024

"Kristal Pelas"ın baş məşqçisi Roy Hocson komandasının "Mançester Siti" və İngiltərə millisinin yarımmüdafiəçisi Kalvin Fillipsə olan marağından danışıb.

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis məsələ ilə bağlı “The Sun” nəşrinə danışıb.

O, Fillipslə haqda bunları deyib: “Sözsüz ki, Fillips adlı-sanlı futbolçudur. Bildiyimiz odur ki, onun “Mançester Siti”ni tərk etmək ehtimalı var. Əgər “şəhərlilər” həqiqətən də Kalvini icarəyə verməyə hazırdırlarsa, onda mən inanmaq istərdim ki, biz onu ala biləcəyik".

Fillips 2022-ci ilin yayında "Lids”dən 49 milyon avroya "Mançester Siti"yə keçib. Bu mövsüm yarımmüdafiəçi Mançester klubunun heyətində bütün turnirlərdə cəmi 10 oyun keçirib, 319 dəqiqə meydanda olub və cəmi bir qol vurub. 
 

Xəbər xətti