"Qarabağ"ın futbolçusu millidəki karyerasını başa vurdu

13:48 - 9 Fevral 2024

"Qarabağ"ın futbolçusu Leandro Andrade milli komandadakı karyerasını başa vurub.

Sportal.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi Kabe-Verde millisinin formasını geyinməyəcək.

Bununla bağlı, Andrade millidə oynamamaq qərarına gəlib. Buna görə də, "Qarabağ"ın futbolçusu Kabe-Verde millisinin heyətində Afrika Millətlər Kubokuna yollanmayıb.

“Olhanense”, “Fatima”, “Çerno More” klublarının formasını geyinmiş Leandro 2022-ci ildən "Qarabağ"ın və Kabe-Verde millisində oynayır. 

Xəbər xətti