"Mançester Yunayted" baş məşqçisi ilə bağlı qərar qəbul etdi

10:17 - 11 Fevral 2024

"Mançester Yunayted" Erik ten Haqla yoluna davam edəcək.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın rəhbərliyi niderlandlı mütəxəssisi postundan göndərmək istəmir.

Bu mövsüm "Mançester Yunayted"in qarşısına avrokuboklara vəsiqə verən yerlərdən birini tutmaq hədəfi qoyulub.

Əgər komanda bunu bacarmasa, rəhbərlik Ten Haqla istefanı müzakirə edəcək.

Bu komanda 23 turdan sonra 38 xalla 6-cı pillədədir.

Xəbər xətti