"Zirə" Azərbaycan Premyer Liqasının 22-ci turunda doğma meydanda "Sumqayt"la 0:0 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Hər iki komanda çox istəkli idi. Maraqlı oyunun şahidi olduq. Texniki səhvdən qapımızda penalti gördük, onun davamında təhlükəli korner oldu. Sonrakı dəqiqələrdə oyunu bərabərləşdirdik, üstünlüyü ələ aldıq. Bir epizodda Mehdi inamlı seyv etdi. Penalti epizodumuz var idi. İkinci hissədə də bir neçə təhlükəli hücumumuz oldu. Hər iki tərəfdə top itkiləri çox olurdu. Bunda meydança amili də rol oynaya bilər. Or örtüyü son oyunlardan sonra ideal vəziyyətdə deyil. Rafael Utsiqlə iki təhlükəli qol epizodumuz oldu. İstifadə edə bilsəydik, qələbə qazana bilərdik. Bu oyunu tezliklə unudub növbəti matça hazırlaşacağıq.
- "Sumqayıt" 2 xal itirdi, yoxsa siz?
- Turnir cədvəlini nəzərə almasaq, demək olar ki, hər iki komanda 1 xal qazandı. Amma turnir cədvəlini nəzərə alsaq, evdə oynayırdıq, istəyirdik ki, qələbə qazanaq və xallarımız bərabərləşsin. 5-6-cı tur olsaydı, hər iki tərəf 1 xaldan məmnun qalardı.
- Kubok oyunundakı yorğunluğun təsiri oldu?
- İkinci hissədə hiss olundu. Oyunda texniki səhvlərin sayı artmışdı. Bunu da yorğunluqla əlaqələndirirəm. Sıx qrafikdən keçirik. 4 gün əvvəl vacib qələbə qazandıq.
- İkinci hissədə meydana İlkin Muradov və Abbas İbrahimi buraxdız. Bu, hesabı qorumaq üçün atılmış addım idi?
- Hücumçumuz yoxdu. Rəhimdə yorğunluq hiss etdim. Buna görə də meydana Salifu Summanı buraxdım. Eldarda da həmçinin. Heyətdə yeganə hücumameyilli oyunçu Salifu idi. Yenə hücumu gücləndirmək istəyirdim. Təəssüf ki, ehtiyatda oyunçumuz yox idi.
- Davit Volkovun transferi baş tutmadı. Bu mövqeyə başqa oyunçu axtarırsız?
- Axtarırıq, siyahımız var. Hər an hər şey baş verə bilər.
Elçin Əlixan
saytlarin hazirlanmasi