"Neftçi"nin sabiq futbolçusu "Zirə"də - RƏSMİ

16:31 - 1 Mart 2024

“Zirə” Sezar Meza Kollini heyətinə qatıb.

Sportal.az xəbər verir ki, paraqvaylı futbolçu ilə müqavilə cari mövsümün sonuna qədər olan müddəti əhatə edir. Yarımmüdafiəçi ilə müqavilənin müddətini uzatmaq hüququ "Zirə"yə məxsusdur. 

Qeyd edək ki, 2016/17 mövsümündə "Zirə"nin şərəfini qorumuş futbolçu ölkəmizdə “Şamaxı” və “Neftçi”nin, İtaliyanın “Çezena”, “Pavia”, İspaniyanın “Alaves”, Rumıniyanın “Unversitad Krayova, Səudiyyə Ərəbistanının “Ohod” klublarında çıxış edib.

Xəbər xətti