Ağayev Mahir Emrelinin komandasının oyununu idarə edəcək

11:34 - 5 Mart 2024

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində martın 7-si, saat 00:00-da keçiriləcək “Dinamo” (Zaqreb, Xorvatiya) – PAOK (Yunanıstan) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi almaniyalı Saşa Stegemann, onun köməkçisi həmyerlisi Paşal Müller olacaq. Oyunun hakim-inspektoru isə norveçli Terje Houç olacaq.

Xəbər xətti